Xəbərlər və Tədbirlər

Xarici müəllimlə ödənişsiz İngilis dili kursuna qeydiyyat başlayıb.

09.06.2023

Stimullu təhsil bizdən, öyrənmək sizdən!
İngilis dilini öyrənmək heç vaxt bu qədər əl çatan olmamışdı. 6 həftə ərzində xarici müəllimlə ingilis dili üzrə “only speaking” dərslərini ödənişsiz təqdim edəcəyik.
Aşağıda qeyd olunan şəxslər qeydiyyatdan keçərək ödənişsiz şəkildə dərslərimizdə iştirak edə bilərlər:
- qazilərimiz
- müharibə veteranları
- şəhid ailəsinin üzvləri
- sosial həssas qruplardan olan şəxslər
- tədris ilini əla qiymətlərlə başa vuran tələbələr və əla qiymətlə oxuyan 9-11-ci sinif şagirdləri
- maddi durumu zəif olan ailələrin övladları
- hər hansı kurs və ya təlimlərimizdən birində iştirak edən tələbələrimiz

Həmçinin əlaçı olmasa da tələbə biletini təqdim edən bütün tələbələrə və 9-11-ci sinif şagirdlərinə 50% endirim olunacaq.
Beynəlxalq müəssisə və təşkilatların xüsusi önəm verdiyi, hazırda dünyada ən çox yayılmış dillərdən biri olan ingilis dilini ödəniş etmədən öyrənmək şansınızı qaçırmayın!
Dərslər qruplarda olmaqla əyani şəkildə tədris olunacaq.