Xəbərlər və Tədbirlər

Bank işi təlimi üzrə qruplara qeydiyyat davam edir

20.04.2024

???? Bank sektorunda işləmək və ya bu sahədə biliklərini daha da təkmilləşdirmək istəyənləri “Bank işi” təlimində iştiraka dəvət edirik.

✅ 2009-cu ildən etibarən Mərkəzi Bank başda olmaqla onlarla bank əməkdaşlarının hazırlığını bizə etibar edir.

????Təlim Bank sahəsində çalışmaq istəyənlərlə yanaşı (Ümumi Bank işi və Bank Mühasibatlığı) təcrübəsini artırmaq istəyənlər üçün də nəzərdə tutulub.

????Təlimdə iştirak edərək Bank sistemi, Bankın strukturu, Bankın fəaliyyəti, Bank xidmətləri, Kreditlər, Çirkli pulların yuyulmasına qarşı mübarizə, Prudensial tənzimləmə, Resursların idarəolunması, Akkreditiv, qarantiyalar, faktoring, forfeyting, lizing və s. haqqında geniş məlumat əldə edəcəksiniz.

????Əyani və ya Online şəkildə tədris etdiyimiz fərdi və qrup dərslərimizdə iştirak edə bilərsiz.

???? Təlimçi: Elmin Nemətli (bank işi üzrə mütəxəssis)

Elmin müəllimin ümumi olaraq 15 ildən çox iş təcrübəsi var. Bank sektorunda 12 il, 2010-cu ildən isə təlimçi kimi iş təcrübəsi var. Bundan başqa UNEC, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetində Bank işi və Maliyyə üzrə dərsləri tədris edir.