Xəbərlər və Tədbirlər

Kargüzarlıq və Elektron sənəd dövriyyəsi təlimində iştirak üçün qeydiyyat davam edir

07.05.2024

“Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi” təlimlərinə qatılaraq iş prosesinizi sürətləndirərək effektivliyinizi artırmış olacaqsınız!

Təlimdə iştirak edərək sənədlərin sürətli, təhlükəsiz və etibarlı şəkildə idarə edilməsinin daha asan olduğuna əmin olacaqsız.

Günümüzdə istər dövlət qurumlarında, istərsə də özəl şirkətlərdə işlərin daha sürrətli və güvənli şəkildə idarə edilməsi üçün sənədlərin düzgün şəkildə dövriyyəsinin qurulması və onların elektron formada idarə olunması vacibdir.

Kursu bitirənlər aşağıdakı bilik və vərdişlərə yiyələnəcəklər:

- sənəd dövriyyəsinin qurulması

- sənədlərlə işin aparılması onların hərəkətinin nizamlanması

- sənədlərin istifadə olunması, saxlanması qaydaları

- elektron sənəd dövriyyəsinin qurulması

- arxiv işinin təşkili

- hüquqi münasibətlərin formalaşdırılması məsələlərinin tənzimlənməsi.

????Əyani və ya online şəkildə tədris etdiyimiz fərdi və qrup dərslərimizdə iştirak edə bilərsiniz.