04.06.2024
KOBİA-Azərbaycan Respublikasının Kiçik bə Orta Biznesin İnkişafı Agentliyi KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi 5-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
STİMUL olaraq təqdim etdiyimiz “Azərbaycan Respublikasında yaşıl iqtisadiyyatın dayanıqlığının təmin edilməsi istiqamətində peşə təhsil sisteminin inkişafı” layihəmiz Qrant müsabiqəsinin qalibi seçilib.
Beləliklə, Ölkə iqtisadiyyatının yaşıl texnologiyalar üzrə inkişafını dəstəkləyərək, sorğu əsasında seçilən 5 ixtisas üzrə 40 nəfər iştirakçının 6 ay ərzində peşə ixtisaslı kadr hazırlığını təmin edəcəyik.
Təqdim edilən 290 layihə (təhsil üzrə 108 layihə) arasından aktuallıqı nəzərə alaraq bizim layihəmizə göstərdiyi diqqət üçün KOBİA rəhbərliyinə təşəkkürümüzü bildiririk!