Xəbərlər və Tədbirlər

Yaşıl iqtisadiyyat üzrə peşə təhsili təlimlərinə qeydiyyat davam edir

11.07.2024

STİMUL Education & Consulting Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş Qrant müsabiqəsinin qalibi olub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında yaşıl iqtisadiyyatın dayanıqlığının təmin edilməsi istiqamətində peşə təhsil sisteminin inkişafı” layihəmizin icrasına başlamışıq.

ETF-in (European Training Foundation) və  Cedefop (European Centre for the Development of Vocational Training) 2030-cü ilə qədər olan proqnozunda peşə ixtisasları üzrə əsas tendensiyalardan biri olaraq yaşıl texnologiyaların inkişafı ilə bağlı tələbatın artması proqnozlaşdırılır.
Yaşıl iqtisadiyyatın dayanıqlğının təmin edilməsi istiqamətində peşə tədrisi vasitəsi ilə müvafiq istiqamətdə 40-a yaxın iştirakçının qeyd olunan istiqamətlər üzrə peşələrə yiyələndirmək və sertifikatlaşdırmaq, yeni ixtisas üzrə kurikulumun hazırlanması əsas priortetlərimizdəndir.

Aşağıdakı təlimlərdən sorğu nəticəsinə əsasən 5-ini ödənişsiz əsaslarla tədris etməyi nəzərdə tuturuq:

1) “Günəş elektrik enerjisi” təlimi
2) “Günəş istilik enerjisi” təlimi
3) “Külək enerjisi” təlimi
4) “Biokütlə enerjisi” təlimi
5) “Hidrogen enerjisi” təlimi
6) “Hidro elektrik enerji” təlimi
7) “Alternativ enerji mənbələri” təlimi