23.07.2024
Bu tədbir uşaqlarınızın texnologiya, elm, mühəndislik, incəsənət və riyaziyyat sahələrində bacarıqlarını inkişaf etdirməsinə kömək edəcək.
Proqram:
-Praktiki steam dərsləri;
-Matatalab robotu ilə tanışlıq;
-Leqo ilə mühəndis əllərin kəşfi;
-Cod.org proqramı ilə tanışlıq;
-M block proqramında əyləncəli saatlar və s.
Bu master-klass, uşaqların yaradıcılığını, analitik düşünmə qabiliyyətlərini və komanda işində iştiraklarını inkişaf etdirmək üçün əla fürsətdir.
Təcrübəli müəllimlər və mütəxəssislər tərəfindən keçirilən təlimlər uşaqların maraq və potensialını maksimum dərəcədə açmaq üçün nəzərdə tutulub.
Qeyd: Qeydiyyat üçün simvolik ödəniş cəmi 5 manatdır.