13.09.2024
Biznesinizin uzun müddətli və uğurlu şəkildə irəliləməsi əlbəttə ki, satışınızın necə qurulmasından, satış nöqtələrinizin etibarlılığından və satışa təqdim olunan məhsulların qeydiyyatının düzgün aparılmasından asılıdır.
“Satışın Auditi - Satışa nəzarət” təlimində iştirak edərək
Ticarət nöqtələrinə verilən bədəlsizlərin yoxlanışı, Borc yoxlanışı, İnventarizasiya və yoxlama qaydaları, Ümumi rəf yoxlanışını, Satış işçilərinin yoxlama qaydalarını, Sayımlar və təhvil təslimi, Yoxlama raportunun (çeklist) yazılmasını, Uyğunsuzluqların aşkarlanması və təqdimatlaşdırılmasını öyrənəcəksiniz.
Təlim satışının daima nəzarətdə saxlanılaraq qüsursuz şəkildə satış sisteminin işləməsini arzulayan rəhbər heyət üçün nəzərdə tutulmuşdır.
Təlimçimiz satışa nəzarət, təftiş, satış auditi, audit işinin təşkili və idarə edilməsi və s. iş bacarıqlarına malik, şirkətlərdən birində Audit departamentinin rəhbəri olaraq çalışan Fərhad Zeynallıdır.