01.03.2025
Biznesinizin uzunmüddətli və uğurlu inkişafının sirri, marketinq biliklərinizdən asılıdır. Bu təlimdə iştirak edərək, şirkətinizin marketinq strategiyasını, bazar analizi – SWOT təhlili, əmtəə siyasəti və brendinq (ticarət markası), qiymət siyasəti, müştəri davranışları, sosial və psixoloji faktorlar, reklamın kreativ və məhsuldar üsulları, internet marketinqi və ən əsası, satış hədəflərinə necə çatmaq barədə ətraflı bilik əldə edəcəksiniz.
Təlimdə marketinq sahəsində karyera qurmağı hədəfləyənlərlə yanaşı bu sahədə çalışan peşəkarlar, marketoloqlar və satış menecerləri də iştirak edə bilərlər.
Təlimçimiz Biznes Konsultantı və Təlimçi, Marketinq və Satış üzrə Ekspert Əyyub Qarabağlıdır.