Xəbərlər və Tədbirlər

“Qlobal PR Trendləri 2025” mövzusunda Master Klasda iştirak üçün qeydiyyat başladı!

15.03.2025

Master Klass müasir PR-da şirkət və ictimaiyyət arasında qarşılıqlı əlaqələr qurmaq üçün müasir texnologiyalara və verilənlərə (data) əsaslanan fərdiləşdirilmiş, keyfiyyətli və cəlbedici məzmun yaradılması, effektiv PR strategiyaların hazırlanması, nüfuzun yaradılması və qorunması, böhran zamanı ictimaiyyət ilə kommunikasiyanın qurulması, media əlaqələrin qurulması, “yaşıl PR”, analitik düşüncə, çeviklik (agility) və yeni reallıqlara uyğunlaşma kimi bacarıqları öyrənməyə maraq göstərən, hazırda kommunikasiya sahəsində çalışan və çalışmaq istəyənlər üçündür.

Təlimçi Günel Əhmədova media və kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr, media əlaqələr, strateji kommunikasiya, araşdırma, brend və marketinq kommunikasiyaları üzrə 25 ilə yaxın yerli şirkətlərdə və Böyük Britaniyada əldə olunmuş peşəkar təcrübəyə malikdir. O, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində bu sahələr üzrə 5 ilə yaxın ingilis dilində mühazirələr deyib.

- Master klasın keçirilmə tarixi və saatı: 6 Aprel, saat 11:00
- Davametmə müddəti: 2+ saat
- İştirak haqqı: Simvolik ödənişlədir
- Çay və kofe fasiləsi: nəzərdə tutulub
- İştirakçılara Sertifikat veriləcək.


Təlimçimiz haqqında daha ətraflı məlumat ilə linkdən tanış ola bilərsiniz: https://lnkd.in/eaVC68nV