Xəbərlər və Tədbirlər

“Marketinq və Satış” təlimi üzrə boş qalan yerlərə qəbul davam edir

15.04.2025

“Marketinq və Satış” təlimi üzrə boş qalan yerlərə qəbul davam edir. Təlim 17 aprel, saat 19:00-da başlayacaq.

Biznesinizin uzunmüddətli və uğurlu inkişafının sirri, marketinq biliklərinizdən asılıdır. “Marketinq və satış” təlimində iştirak edərək Marketinq araşdırmaları, marketinqin növləri və funksiyaları, Markalaşma və reklam, Satş təqdimatı, Satıcının imici, Markanı təmsiletmə bacarığı, Satş kanalları, Satışda bədən dili, Praktiki satış nümunələri, Marketinq kompleksi, Xidmətin marketinqi, Məhsul rəqabəti, Bazar təhlilləri, Beynəlxalq marketinq strategiyalarının yerli bazarlara inteqrasiyası və ən əsası, satış hədəflərinə necə çatmaq barədə ətraflı bilik əldə edəcəksiniz.

Təlimdə marketinq sahəsində karyera qurmağı hədəfləyənlərlə yanaşı bu sahədə çalışan peşəkarlar, marketoloqlar və satış menecerləri də iştirak edə bilərlər.

Təlimçimiz biznes konsultant və təlimçi, marketinq və satış üzrə mütəxəssis Əyyub Qarabağlıdır.