Xəbərlər və Tədbirlər

“Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi” təlimi üzrə 16 aprel, saat 19:00-da yeni başlayacaq qrupun dərslərində iştirak üçün qeydiyyat davam edir!

16.04.2025

“Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi” təlimi üzrə 16 aprel, saat 19:00-da yeni başlayacaq qrupun dərslərində iştirak üçün qeydiyyat davam edir!

Təlimlər 10 ildən çox peşəkar təcrübəyə malik olan təlimçi Şəmsi Gülverdiyev tərəfindən daha çox praktik əsaslarla tədris olunur.

✔️Niyə bu təlimdə iştirak etməlisiz?

Həm dövlət qurumlarında, həm də özəl şirkətlərdə sənədlərin düzgün idarə olunması işin effektivliyi üçün mühüm əhəmiyyət kəsb edir. Elektron sənəd dövriyyəsi isə iş proseslərini daha güvənli və sürətli edir.

✔️Təlimi bitirənlər aşağıdakı bilik və bacarıqlara sahib olacaqlar:

- sənəd dövriyyəsinin düzgün qurulması;
- sənədlərin işlənməsi və hərəkətinin təşkili;
- sənədlərin saxlanılması və istifadə qaydaları;
- elektron sənəd dövriyyəsinin tətbiqi;
- arxiv işlərinin düzgün idarə olunması;
- hüquqi münasibətlərin formalaşdırılması qaydaları.

Təlimlər əsasən əyani formada tədris olunur. Online dərs seçənlər sonuncu 4 dərs sırf praktik olduğu üçün mütləq əyani şəkildə iştirak etməlidir. Fərdi və qrup dərsləri yəklif edirik.