25.04.2025
“Ətraf mühit kommunikasiyası” mövzusunda təşkil edəcəyimiz Master Klasda iştirak üçün qeydiyyat başladı!
STİMUL Təhsil Mərkəzi enerji, mədən sənayesi, kimya, kənd təsərrüfatı, telekom, ekologiya, tikinti və ya xidmət sahəsində çalışan kommunikasiya mütəxəssislərini, ətraf mühit fəallarını, icmalarla iş üzrə koordinatorları və hekayə və strategiyanın gücü ilə ətraf mühit qavrayışında dəyişiklik yaratmağa həvəsli olan hər kəsi "Ətraf Mühit Kommunikasiyası” adlı master-klassa dəvət edir!
Bu təlim hər bir iştirakçıya iqlim dəyişikliyi sahəsində məlumatlılığı artırmaq və güclü mesajlar vasitəsilə real təsir göstərmək üçün praktiki kommunikasiya bacarıqları öyrədəcək.
Təlimdə əhatə olunacaq digər mövzular:
1) İqlim dəyişikliyinə dair ictimai qavrayışın formalaşmasında hekayələrin, vizualların və emosiyaların rolu
2) Ürəkləri, düşüncələri və yanaşmaları dəyişdirmək üçün strategiyalar
3) İqlim dəyişikliyinin təsiri nəticəsində ortaya çıxan problemlərin aydın və inandırıcı şəkildə hədəf kütlələrinə çatdırılması
4) Məlumatların real hərəkətə səbəb olan hekayələrə çevrilməsi
Əgər siz ətraf mühit hekayəsinin bir hissəsisinizsə, o zaman bu təlimi qaçırmayın!
- Keçirilmə tarixi: 11 May 2025
- Keçirilmə saatı: 11:00
- Davametmə müddəti: 2+ saat
- İştirak haqqı: 30AZN
- İştirakçılara Sertifikat veriləcək.
Çay və kofe fasiləsi də nəzərdə tutulub.
Təlimçi Günel Əhmədova media və kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr, media əlaqələr, strateji kommunikasiya, araşdırma, brend və marketinq kommunikasiyaları üzrə mütəxəssisdir.