02.05.2025
STİMUL Təhsil Mərkəzi informasiya texnologiyaları sahəsində biliklərini artırmaq istəyənləri CISCO kurslarında iştiraka dəvət edir.
Cisco Systems şirkətinin təqdim etdiyi CCNA sertifikatı Cisco şəbəkə texnologiyaları aləminə atılan ilk addımdır.
Cisco CCNA - kursları şəbəkə mühəndisləri və ya informasiya texnologiyaları ilə məşğul olan şəxslərə kiçik və orta ölcülü şirkətlərin şəbəkə arxitekturasını qurmağa və idarə etməyə imkan verir.
CCNA kursuna gələn tələbələr, komputer şəbəkələrində istifadə olunan naqillər, OSİ modeli, ip adresslər, Routing protokollar (RİP, EİGRP, OSPF) haqqında öyrənirlər. Cisco Router və switchlərin konfiqurasiya edilməsi, backup edilməsi və s. funksiyanallıqlarını həm öyrənir həm də praktiki cəhətdən tətbiq edirlər. Yeni IPV6 texnologiyası ilə tanış olur, öyrənir və öz tapşırıqlarında bunu tətbiq edirlər.
Cisco CCNP (Cisco Certified Network Professional) kursunda iştirak edən tələbələr İrəli səviyyəli şəbəkə konseptlərini, Network dizayn və tətbiqini, Troubleshooting bacarıqlarını, İnfrastruktur xidmətlərini, İnfrastruktur təhlükəsizliyini, Automation və programmability və digər əsas bilik və bacarıqları öyrənmiş olacaqlar.