27.05.2025
“HRM - İnsan Resurslarının İdarə edilməsi” təlimi üzrə 30 may, saat 19:00-da, yeni başlayacaq qrupa qeydiyyat davam edir.
HR - İnsan Resursları sahəsində peşəkar bacarıqlara yiyələnmək və bu sahədə uğurlu karyera qurmaq istəyirsinizsə, təcrübəli mütəxəssislərimizin keçdiyi təlimlərdə iştirak edə bilərsiniz.
Təlim Kadrlar şöbəsində işləyən şəxslərlə yanaşı həmçinin gələcəkdə bu sahədə işləmək istəyənlər və kadr işi üzrə təcrübəsini daha da təkmilləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimin tədris proqramı likdə: https://stimul.edu.az/az/view/383/16/HRM-Insan-Resurslarinin-idare-edilmesi
Təlimin müddəti: 2 ay və ya ümumilikdə 30 saat
Təlimçi doktorant Tahirə Salayeva İnsan Resursları sahəsində 10 ildən artıq müddətdə peşəkar təcrübəyə sahibdir, rəhbər vəzifələrdə çalışıb, təlimçi, mentor və müəllim kimi fəaliyyət göstərir. Azərbaycan-Fransız Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC Biznes Məktəbi və Azərbaycan Texniki Universitetində MBA proqramlarında İnsan Resursları üzrə ingilis dilində dərs demişdir. Hazırda doktorantura təhsili də alır və təlimlərini həm Azərbaycan, həm də İngilis dillərində tədris edir.