12.01.2026
Oracle SQL Fundamentals kursu məlumat bazaları ilə işləmək, data strukturlarını anlamaq və effektiv sorğular yazmaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Kurs proqramı həm nəzəri bilikləri, həm də real praktikanı əhatə edir və iştirakçılara analitika sahəsində möhkəm baza formalaşdırmağa imkan yaradır.
Tədris müddətində aşağıdakı mövzular ətraflı şəkildə öyrədilir:
• SQL əsas anlayışları və strukturu
• SELECT sorğuları ilə məlumatların çıxarılması
• INSERT, UPDATE, DELETE əməliyyatları
• WHERE, ORDER BY, GROUP BY, HAVING istifadəsi
• JOIN-lər və cədvəllərarası əlaqələr
• Funksiyalar və alt sorğular (subquery)
• Real layihələr üzərində praktiki məşğələlər
Kurs data analitika, proqramlaşdırma, maliyyə, bankçılıq, logistika və digər sahələrdə çalışan və ya bu sahələrə keçid etmək istəyənlər üçün uyğun hazırlanmışdır.
Dərslər təcrübəli müəllimlərlə, kiçik qruplarda və ya fərdi şəkildə keçirilir.
Kurs sonunda sertifikat təqdim edilir.