Xəbərlər və Tədbirlər

Sizi 2026-cı ilin “PR və Kommunikasiyada Etik Süni İntellekt” adlı ilk və xüsusi hazırlanmış master-klassına dəvət edirik!

14.01.2026

Master-klassa qoşulun və 2026-cı ilə süni intellektdən bir addım öndə başlayın!

• 31 yanvar 2025, şənbə
• 15:00–17:00
• Caspian Plaza, 3-cü korpus, 10-cu mərtəbə
• İştirakçılara sertifikat veriləcək
 
İştirak ödənişlidir və öncədən qeydiyyatdan keçmək mütləqdir.

• Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeJBk1tN-hfHI_1u9PYdN5SvM6hHtAHY6CjULafUh35xvgjrA/viewform

PR və kommunikasiya sahəsində süni intellektdən istifadə artdıqca, etik və şəffaf yanaşma etibar və nüfuz üçün hər zamankindən daha vacib olur. Son araşdırmalara görə, PR və kommunikasiya mütəxəssisləri süni intellektdən 2023-cü illə müqayisədə 3 dəfə daha çox istifadə edirlər.

Master-klass kimlər üçündür?
PR və media mütəxəssisləri, jurnalistlər, sosial media və kontent menecerləri, marketinq və brend üzrə çalışanlar, ümumiyyətlə ictimaiyyət üçün mətn hazırlayan hər kəs üçün.

Təlimçi: Günel Əhmədova. Azərbaycan və Böyük Britaniyada PR, media əlaqələr, strateji kommunikasiya və marketinq sahəsində 25 ilə yaxın peşəkar təcrübəyə naildir.