Təlim planı
Təlim planı

“Qlobal PR Trendləri 2025” mövzusunda Master Klas (6 Aprel 2025)

“Qlobal PR Trendləri 2025” mövzusunda 6 Aprel, saat 11:00-da təşkil edəcəyimiz Master Klasda iştirak üçün qeydiyyat başladı!

Master Klass müasir PR-da şirkət və ictimaiyyət arasında qarşılıqlı əlaqələr qurmaq üçün müasir texnologiyalara və verilənlərə (data) əsaslanan fərdiləşdirilmiş, keyfiyyətli və cəlbedici məzmun yaradılması, effektiv PR strategiyaların hazırlanması, nüfuzun yaradılması və qorunması, böhran zamanı ictimaiyyət ilə kommunikasiyanın qurulması, media əlaqələrin qurulması, “yaşıl PR”, analitik düşüncə, çeviklik (agility) və yeni reallıqlara uyğunlaşma kimi bacarıqları öyrənməyə maraq göstərən, hazırda kommunikasiya sahəsində çalışan və çalışmaq istəyənlər üçündür.

Təlimçi Günel Əhmədova media və kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr, media əlaqələr, strateji kommunikasiya, araşdırma, brend və marketinq kommunikasiyaları üzrə 25 ilə yaxın yerli şirkətlərdə və Böyük Britaniyada əldə olunmuş peşəkar təcrübəyə malikdir. O, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində bu sahələr üzrə 5 ilə yaxın ingilis dilində mühazirələr deyib.

- Master klasın keçirilmə tarixi və saatı: 6 Aprel, saat 11:00
- Davametmə müddəti: 2+ saat
- İştirak haqqı: Simvolik ödənişlədir
- Çay və kofe fasiləsi: nəzərdə tutulub
- İştirakçılara Sertifikat veriləcək.

Ünvan: Bakı şəhəri, Caspian Plaza iş mərkəzi, 3-cü korpus, 10-cu mərtəbə (Nizami metrosunun yaxınlığı)


(+994 12) 497 75 37 / 39

(+994 70) 297 75 37 | (+994 50) 661 01 17

(+994 77) 496 75 37 | (+994 55) 779 75 17