Seçilmiş kurslar

Mühasibatlıq və 1C kursu

???? Yeni fəaliyyətə başlayan mühasibləri və gələcək karyerasını mühasibatlıq üzrə qurmaq istəyənləri "Mühasibat Uçotu"nun əsaslarını və "1C Mühasibatlıq” proqramını mühasiblərdən öyrənməyə dəvət edirik.

Əsasən praktik və qismən nəzəri tədris olunan "Mühasibat Uçotu"nu və "1C Mühasibatlıq" proqramını bizimlə öyrənərək peşəkar mühasib olmaq yolunda inamlı addım atın.

✅"1C Mühasibatlıq” proqramının tədrisi istəyə uyğun olaraq həm yeni, həm də köhnə hesablar planı əsasında tədris olunur.

MÜHASİBATLIQ sahəsində daha çox istifadə olunan aşağıdakı Mühasibatlıq kurslarında iştiraka dəvət edirik:

- Milli Mühasibatlıq
- Beynəlxalq Mühasibatlıq
- Bank Mühasibatlığı
- Milli Mühasibat Uçotu Standartları
- Beynəlxalq Mühasibat Uçotu Standartları
- Vergi Uçotu və Vergi Qanunvericiliyi
- 1C Mühasibatlıq proqramı (7.7, 8.2, 8.3 versiyaları)
- 1C Ticarət Anbarı (7.7 versiyası)
- Mühasiblər və Auditorlar üçün peşəkar EXCEL proqramı

Təlimçi müəllimlərimiz mühasibatlıq üzrə bir sıra Beynəlxalq şirkətlərin, holdinqlərin, təşkilatların mühasibi, auditoru, maliyyə menecerləri olmaqla yanaşı həmçinin sərbəst mühasib olaraq çalışırlar.

Milli Mühasibatlıq kursunun Proqramı

  1. Mühasibat uçotu haqqında anlayış. Müəssisədə sənəd dövriyyəsi. Təsərrüfat vasitələrinin tərkibi.
  2. Mühasibat balansının quruluşu. Mühasibat quruluşunun hesablar sistemi. Hesabların təsnifatı.
  3. Müəssisənin mühasibat uçotunun hesablar planı.
  4. Əsas vəsaitlər, əsas vəsaitlərin daxil olması, əsas vəsaitlərin köhnəlməsi (amartizasiya), icarə əməliyyatları.
  5. Azqiymətli tezköhnələn əşyalar, onların istehsalatda silinməsi qaydası. Əmlakın inventarizasiyası.
  6. Ciddi blanklar və onların doldurulma qaydası (ƏDV, AKSİZ).
  7. Analitik və sintetik dövriyyə cədvəli.
  8. Malsatan və potradçılarla hesablaşmalar, avanslar üzrə, alınanlar və sifarişlərlə hesab.
  9. Əməyin ödənilməsi, işçi heyəti ilə hesablaşmalar. Fiziki şəxslərin gəlir vergisi. Təsisçilərlə hesablaşma. DSMF və Həmkarlar.
  10. İstehsal məsrəfləri, gələcək dövrün xərcləri, istehsalatda zay məhsul, iş və xidmətlərin buraxılışı.
  11. Məhsulların maya dəyərinin hesablanması.
  12. Büdcəyə ödənilən vergilər: Əmlak vergisi, Mənfəətdə vergisi, Xalis mənfəət vergisi, Torpaq vergisi, Yol vergisi və s.
  13. Hazır məhsul mallar və satış. Tədavül xərcləri, kommersiya xərcləri. Məhsulun satışı. Barter əməliyyatı.
  14. Pul vəsaitləri, kassa hesabatı, hesablaşma hesabı, valyuta hesabı, bankda olan xüsusi hesablar. Yolda olan köçürmələr.
  15. Mənfəət və zərər, mənfəətin istifadəsi, şəxsiyyətin mənfəətdən vergisi, R-DN formasının doldurulma payı.
  16. Nizamnamə kapitalı, ehtiyat kapitalı, əlavə kapital. Bölüşdürülməmiş mənfəət. Qarşıdakı ödəmə ehtiyatı.
  17. Kassa ilə hesablaşmalar
  18. Bankla hesablaşmalar
  19. Bank krediti, işçilər üçün bank krediti, uzun müddətli və qısa müddətli bank krediti. Statistika hesabatı. Nəzarət kitabçası.
  20. Şaxmatka. Vergi blanklarının doldurulması.