Seçilmiş kurslar

Rus dili kursları

Biz yalnız bizdə” demirik, xüsusi Rus dili proqramı ilə həm tədris baxımından, həm də istifadə etdiyimiz ədəbiyyatlarla keyfiyyətli tədrisimizlə fərqlənirik. Dərs vəsaiti bizdən hədiyyə olunur.

İstifade etdiyimiz xüsusi proqram sizin Rus dili biliyinizi qısa müddətdə inkişaf etidirməyiniz üçün bir stimul olacaq!

Kursun Proqramı 6 səviyyədən ibarətdir:

1. A1 – ЭЛЕМЕНТАРНЫЙ УРОВЕНЬ 
2. A2 – ПРЕДПОРОГОВЫЙ (БАЗОВЫЙ) УРОВЕНЬ
3. B1 – ПОРОГОВЫЙ УРОВЕНЬ
4. B2 - ПОСТПОРОГОВЫЙ УРОВЕНЬ
5. C1 – УРОВЕНЬ КОМПЕТЕНТНОГО ВЛАДЕНИЯ
6. C2 – УРОВЕНЬ НОСИТЕЛЯ ЯЗЫКА

Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 1 ay olur, bəzən 2 ayadək davam edir.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 1 saat da Ünsiyyət Klubu təşkil olunur. Dərslər fərdi və ya qrupda olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə keçirilir.

Kursun Əhəmiyyəti:

Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Tədris dil üzrə 4 əsas bacarığın inkişafına yönəldilib: danışıq, dinləmə, yazma və oxuma.

Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.

Kursun Qaydaları:

  • Hər ayın sonunda ay sonu imtahanı, hər səviyyənin sonunda isə səviyyə imtahanı təşkil olunur, imtahanda 65 faiz və yuxarı nəticə göstərdiyiniz halda növbəti səviyyəyə keçirsiniz. İmtahan danışıq, yazılı, qramatik və dinləmədən (qulaq asmaqdan) ibarət olur.
  • Əgər tələbədə kursa davam etdiyi müddətdə hər hansı bir inkişaf olmasa, dərsə hazırlıqsız gəlsə, icazəsiz olaraq ardıcıl olaraq iki dərsdə iştirak etməsə iki dəfə edilən xəbərdarlıqdan sonra kursdan kənarlaşdırılır.
  • Əgər Siz bizim verdiyimiz yüksək keyfiyyətli tədrislə öz üzərinizə düşəni yerinə yetirərsizsə, o halda qısa bir müddətdə rus dilində sərbəst danışacağınıza əmin ola bilərsiz.

QEYD!!! Dərslər rus dili müəllimliyi üzrə təhsil almış peşakar müəllimlər, rus dilinin müasir metodlarla öyrədilməsi üzrə müxtəlif elmi məqalələrin, Universitetlərdə tədris vəsaiti olaraq istifadə olunan kitabların müəllifləri tərəfindən tədris olunur.