Xəbərlər və Tədbirlər

“Liderlik və Motivasiya” təlimi - 2 gün

22.11.2018

İstəkləri nəzərə alaraq “Liderlik və Motivasiya” təlimini 2 günlük olmaqla həftə sonları, şənbə və bazar günləri təşkil edəcəyik.

  • Təlimin dili: Azərbaycan dili
  • Müddəti: 2 gün (8 saat)
  • Tarix: 1-2 Dekabr 2018; Saat: 15:00-dan 19:00-dək.
  • Ödəniş: endirimlə indi cəmi 50AZN
  • Təlimçi: Vidadi Baxışov (Yerli və Beynəlxalq əhəmiyyətli layihələrin rəhbəri)

Təlimçi haqqında daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiz: https://stimul.edu.az/az/view/406/17/Vidadi-Baxisov  


Təlim iştirakçıları sertifikatla təltif olunacaqlar!

Bu təlimdə iştirak edərək nə əldə edəcəksiniz?

Burada siz liderlərin kim olduğunu və “oyunçular”ın (yalançı liderlərin) fərqləndirilməsini öyrənəcəksiniz. Burada siz lider olduğunuzda nəyin dəyişəcəyini, çoxluqdan nə ilə fərqlənəcəyinizi, öz davamçılarınıza qarşı hansı üstünlükləri əldə edəcəyinizi öyrənəcəksiniz. Siz öz biznesinizin inkişafı üçün lazımlı qərarların qəbul edilməsinə nüfuz göstərməyi bacaracaqsınız.

Siz təkcə özünüzü deyil, həmçinin ətrafınızda olan və sizə tabe olan insanları da motivasiya edə bilərsiniz.

Siz bəzi texnikaların necə təsir göstərə biləcəyini və bu texnikaların hansı şəraitdə tətbiq edilməsinə ehtiyac olmasını öyrənəcəksiniz.

Təlimdə iştirak etmək istəyənlər qeydiyyatdan keçərək təlim gününədək ödənişi etməlidirlər.Ödənişi bank hesabımıza köçürə və ya ofisimizə gələrək edə bilərsiz.


Bizimlə əlaqə və qeydiyyat üçün: