Təlimçilər

Vidadi Baxışov

 Təhsili:

- Vidadi Baxışov (Yerli və Beynəlxalq əhəmiyyətli layihələrin rəhbəri) Vidadi Baxışov 1985-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Rusiya, Almaniya, Finlandiya və s. xarici ölkələrdə İdarəetmə - Menecment üzrə ixtisasartırmalar keçmiş, Beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olmuşdur.

Medallar:

O, 1996-cı ildən Azərbaycanda yaradılan yeni idarəetmə sisteminin qurucularındandır. Vidadi müəllim media, bank, istehsal, xidmət, maliyyə və digər sektorda fəaliyyət göstərən şirkətlərin, Dövlət qrumlarının tam yeni idarəetmə proqramlarını işləyib hazırlamaq üzrə professional təcrübəyə malikdir. Göstərdiyi xidmətlərə görə prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının TƏRƏQQİ medalı ilə təltif olunmuşdur.

Seminarlar:

1986-cı ildə Rusiyada keçirilən Gənc alim və mütəxəssislərin seminarında iştirak edərək Rəğbətləndirici mükafatla başa vurub.  2004- cü ildə NATO-nun beynəlxalq seminarı olan “ Distant Təlim” də iştirak edib. 2007- ci ildə Rusiyada  Bank proqram təminatı “IB System Object” seminarında iştirak etmişdir. 2010- cu ildə Almaniyada Layihələrin idarə olunması seminarında iştirak edib (GIS təşkilatı).

  • Bununla yanaşı bir çox layihələrdə rəhbər kimi iştirak etmişdir.

İş təcrübəsi:

1996-cı ildə Azəriqaz QSC nin “Abonent ucotu sistemi

1998- ci ildə Azəriqaz QSC-nin maliyyə prosedurlarının və mühasibat üçotunun avtomatlaşdırılması

2000- ci ildə Azəriqaz QSC-nin infrastrukturunun elektron variantının yaradılması

2003- cü ildə Avrasiya bədii incəsənət abidələrinin verilənlər bazasının yaradılması  (İpək yolu üzərində yerləşən bədii incəsənət abidələrinin verilənlər bazasının yaradlılması)

2004- cü ildə Azəriqaz QSC-nin abonentlərin idarə olunma proqram kompleksinin yaradılması

2007-ci ildə AzərdemiryolBank üçün GAP Analizin aparılması, ParaBank üçün IT auditin aparılması, ANS  Media Qrup üçün GAP Analizin aparılması

2008-cu ildə Milli Bankın İpoteka Fondu üçün “Büdcə  plan-laşdırılması” , Regionlarda sahibkarlığın inkişafını təmin etmək üçün “Elektron ticarət” sisteminin yaradılması

2009- cu ildə Tədrisə olan tələbatın öyrənilməsi məqsədi ilə xüsusi proqram kompleksinin yaradılması

2011- ci ildə Layihələrin idarə olunması . Bacarıqların artırılması, Bakı Biznes Tədris Mərkəzi və onun nümayəndəliklərinin sahibkarlıq subyektlərinə göstərilən konsaltinq xidmətlərinin səmərə-liliyinin yüksəldilməsi istiqamətində tədqiqat-ların  aparılması, Sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədi ilə distant təlim sisteminin tətbiqi – Mirapolis Virtual Room, Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatının yaradılması

2012- ci ildə Gənclər üçün biznes,  informasiya texnologiyaları inkubatorunun yaradılmasına dair milli konsepsiya

2013- cü ildə Əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi mexanizminin araşdırılması və təkliflər paketinin hazırlanması layihəsi

  • İş təcrübəsi:

1985- 1988: Avtomatik Apparatlar ETİ –nun Bakı bölməsi Mühəndis- riyaziyyatçı

1988-1989: Avtomatik Apparatlar ETİ –nun Bakı bölməsi Baş mühəndis

1989- 1990: Avtomatik Apparatlar ETİ –nun Bakı bölməsi Aparıcı mühəndis

1990- 1991: Bakı Biznes Tədris Mərkəzi Sektor müdürü

1991- 1992: Əlvan Metallurqiya Nazirliyinin hesablama mərkəzi Proqram təminatının tətbiqi  şöbəsinin müdürü

1993- 2007: Bakı Biznes Tədris Mərkəzi Proqram təminatının yaradılması  şöbəsinin müdürü

2007 fevral- 2008 iyul: “CASPEL” LLC Proqram təminatı şöbəsinin müdürü

2008 iyul- 2019 fevral: Bakı Biznes Tədris Mərkəzi Informasiya texnologiyaları və resursları şöbəsinın müdürü

2019 fevral- 2020 fevral: Kiçik və orta biznesin İnkişafı Agentliyində analitik

2020 fevral- indiyədək: "Birgə MMC" də layihələr üzrə analitik