Xəbərlər və Tədbirlər

Çin dili kurslarına qəbul başladı

05.04.2021

Şərqi Asiya regionunun ən inkişaf etmiş ölkəsinin və dünyada ən çox danışılan dili (1,3 milyard insan bu dildə danışır) siz də öyrənmək istəyirsinizsə sizi fərdi və kiçik qruplarda tədris olunan Çin dili kurslarında iştiraka dəvət edirik.

İlk dərs sınaq dərsidir və ödənişsizdir. Yoxlayın və dərslərimiz keyfiyyətinə və müəllimlərimizin savadına özünüz şahid olun.

Gəlin Çin dili ilə daha yaxından tanış olaq.

Çin dili Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır.

Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur.

Çin dili iki cür yazılır:

  • 1. Klassik
  • 2. Modernləşdirilmiş

Birinci model çinin əsil və keçmiş dilidir ki, keçən yüzillərdə işlənirdi. İndi də Tayvan, Hong-kong, Makao və ABŞ-dakı çinlilər bu dildə danışırlar. İkinci model isə qədim çin yazısında istifadə olunan herogliflərin sadələşdirilmiş formasıdır. Bu model singapurda da işlənir. Bundan başqa 1950-ci ildən tətbig olunmağa başlanan Pinyin herogliflərin transliterasiyası üçün istifadə olunur. Çində Pinyin 1980-cı ildən herogliflərin latın əlifbasına çevrilməsi üçün geniş istifadə olunur. Pinyin herogliflərin yerinə deyil daha çox izah məqsədilə işlədilir.