Xəbərlər və Tədbirlər

”Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi” təliminin 8 yanvar, saat 19:00-da başlayacaq yeni qrupu üçün qeydiyyat davam edir!

27.12.2024

Təlimlər 10 ildən çox təcrübəyə malik, peşəkar təlimçi Şəmsi müəllim tərəfindən praktik yanaşma ilə keçirilir.

✔️Niyə bu təlim vacibdir?
Həm dövlət qurumlarında, həm də özəl şirkətlərdə sənədlərin düzgün idarə olunması işin effektivliyi üçün mühüm əhəmiyyət kəsb edir. Elektron sənəd dövriyyəsi isə iş proseslərini daha güvənli və sürətli edir.

✔️Təlimi bitirənlər aşağıdakı bilik və bacarıqları əldə edəcəklər:

- sənəd dövriyyəsinin düzgün qurulması;
- sənədlərin işlənməsi və hərəkətinin təşkili;
- sənədlərin saxlanılması və istifadə qaydaları;
- elektron sənəd dövriyyəsinin tətbiqi;
- arxiv işlərinin düzgün idarə olunması;
- hüquqi münasibətlərin formalaşdırılması qaydaları.

Təlimlər həm əyani, həm də online formada keçirilir. Fərdi və qrup dərslərində iştirak şansı var.