"Anbar Logistikası" təlimi
Şirkətdə məhsulun vaxtında, düzgün və təhlükəsiz şəkildə müştəriyə çatdırılması anbar proseslərinin nə qədər düzgün idarə olunmasından başlayır. Düzgün qurulmuş anbar sistemi məhsul itkisini, artıq stokları və əməliyyat xərclərini azaltmaqla yanaşı, iş proseslərinin daha çevik və səmərəli həyata keçirilməsinə imkan yaradır.
Müasir anbar yalnız məhsulların saxlanıldığı məkan deyil. Burada qəbul, yerləşdirmə, stokların idarə olunması, sifarişlərin hazırlanması, yükləmə-boşaltma və məhsul hərəkətinin koordinasiyası bir-biri ilə əlaqəli şəkildə həyata keçirilir.
Təlimdə iştirak etməklə siz anbarın strukturunun və iş axınının düzgün qurulması, məhsulların qəbulu və yerləşdirilməsi, stok və inventar nəzarəti, FIFO, FEFO və LOT prinsiplərinin tətbiqi, sifarişlərin yığılması və göndərişə hazırlanması, anbar sənədləşməsi, məhsul hərəkətinin izlənilməsi, yükləmə və boşaltma proseslərinin təşkili ilə bağlı biliklər əldə edəcəksiniz.
Bununla yanaşı, təlim zamanı real iş situasiyaları üzərində praktiki tapşırıqlar, anbar proseslərinin analizi və mövcud problemlərin daha effektiv həll yollarının müəyyənləşdirilməsi həyata keçiriləcək.
Təlimin əsas məqsədi iştirakçılara yalnız nəzəri məlumat vermək deyil, real iş mühitində tətbiq edə biləcəkləri praktiki anbar idarəetmə bacarıqları qazandırmaqdır.
Təlimin dili: Azərbaycan və Rus dili
Təlimin müddəti: 12 saat (1 ay)
Qrup iştirakçılarının sayı: 4 - 6 nəfər
Təlimin qısa proqramı:
-Logistika şöbəsinin təşkili
-Anbar logistikası
-Məhsulun qəbulu və yerləşdirilməsi
-Əmtəə ehtiyatlarının idarə olunması
-FIFO, FEFO və LOT
-Anbarların, obyektlərin və satış məntəqələrinin inventarizasiyası
-Marşrutlaşdırma və çatdırılmanın planlaşdırılması
-Sürüclərin və nəqliyyatın idarə olunması
-Satış məntəqələrinə və müştərilərə çatdırılma