Təlimçilər

Tural Abbaslı

Təhsili:

- 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini İqtisadiyyat və İdarəetmə ixtisası

- 2010-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti (Magistr)

İş təcrübəsi:

Tural müəllim 2004-2007-ci illərdə müxtəlif media orqanlarında çalışmışdır. 2008-ci ildən yerli turizm şirkətlərində marketinq kommunikasiyaları üzrə menecer kimi fəaliyyətə başlamış, daha sonra 2009-2017-ci illərdə Azərbaycanın aparıcı şirkətləri olan «Mətanət A» Şirkəti, "Veysəloğlu" MMC, "BSC Konsaltinq və Autsorsinq" MMC-də Marketinq Kommunikasiyaları Departament direktoru kimi fəaliyyət göstərmişdir. Marketinq kommunikasiyaları sahəsi üzrə Türkiyədə müxtəlif təlim və seminarların iştirakçısı olmuş Tural Abbaslı, eyni zamanda 2016-cı ildən marketinq kommunikasiyaları mərkəzi kimi fəaliyyət göstərən "COMUNİCAL" MMC-nin təsisçisi və direktorudur. 

Praktik olaraq 15 ilə yaxın fəaliyyəti zamanı bir çox tədbirlərin spikeri, müxtəlif Dövlət və özəl layihələrin iştirakçısı və rəhbəri olmuşdur. Bu günədək 50-ə yaxın markanın kommunikasiya proqramının müəllifi olmaqla yanaşı, PR sahəsi üzrə aparıcı şirkətlərin konsultantı və layihə meneceri kimi fəaliyyətini davam etdirmişdir. Yüzlərlə tələbə və gənclərə Marketinq Kommunikasiyaları, İctimaiyyətlə Əlaqələr (PR) barəsində seminar və təlimlər keçmişdir. Hal-hazırda bu tələbələrdən bir neçəsi ölkənin qabaqcıl şirkətlərində PR menecer, mətbuat xidmətinin rəhbəri, Marketinq menecer, eyni zamanda fərdi sahibkarlıqla məşğuldur. Eyni zamanda "AzMarketinq" MMC-nin PR və Marketinq üzrə koordinatoru və təlimçisidir.

Çap olunacaq «Marketinqin Prinsipləri» adlı kitabın müəlliflərindən biridir. «Marketinq & Menecment” adlı biznes jurnalının, «BrandMap Türkiyə» Jurnalının Azərbaycan üzrə yazarı və baş redaktorudur. “Marketing Sammiti 2017” və “Marketing Sammiti 2018”  layihəsinin təşkilat komitəsinin üzvü, PR koordinatoru və spikeri olmuşdur.