Təlimçilər

Lalə Fərzəliyeva

Təhsili:

2006-cı ildə Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsi, Beynəlxalq hüquq ixtisasını bitirmişdir. Eyni universitetin, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsi, Beynəlxalq hüquq ixtisası üzrə  magistr dərəcəsinə yiyələnmiş və 2008-ci  ildə  fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, Beynəlxalq hüquq ixtisası üzrə doktorantura təhsilini uğurla başa vurmuşdur.

İş təcrübəsi:

2015-ci ildən -  Şərq Tərəfdaşlığının Proqram Əməkdaşlığı Çərçivəsində (PCF) 2015 – 2017, Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan  “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi”  Layihəsi çərçivəsində  Ədliyyə Nazirliyi və Ədliyyə Akademiyası tərəfindən Avropa Konvensiyası ilə bağlı vəkillər və praktiki hüquqşünaslar üçün mühazirə, təlim keçməyə dəvət olunmuşam və onların arasında hakimlər və vəkillərin də təmsil olunduğu Respublika üzrə 38 rəsmi təlimçisindən biridir.

2016-cı ildən - Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “AİHK-ə giriş HELP distant kursu” üzrə rəsmi təlimçidir.

2008-2015, BDU-nun Hüquq fakültəsində  əvvəl “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasında, daha sonra isə “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasında  müəllim kimi fəaliyyət göstərib.

2015-2018, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Hüquq şöbəsi, məsləhətçi, 3-cü dərəcəli Dövlət qulluqçusu vəzifəsində çalışıb.

2018-ci ildən  indiyədək - Dövlət Reklam Agentliyi, böyük hüquqşünas kimi fəaliyyətini davam etdirir.