STİMUL Education & Consulting HÜQUQ sahəsi üzrə aşağıdakı təlimləri təqdim edir.
Təlimin dili: Azərbaycan dili
Müddəti: Təlim seçimindən asılı olaraq 1 - 3 ay arası
Qrupun tərkibi: 3 – 5 nəfər
Xidmət haqqı: 300 AZN (1 aylıq)
Hüquq sahəsi üzrə aşağıdakı təlimləri təşkil edirik:
- Cinayət hüququ
- Müqavilə hüququ
- Korporativ hüquq
- Biznes əqdləri
- Bank hüququ
- Mübahisələrin alternativ həlli
- Əqli mülkiyyət hüququ
- Vergi hüququ
- Antiinhisar hüququ
- Daşınmaz əmlak və girov
- Sahibkarlıq hüququ
- Mülkiyyət hüququ
- Beynəlxalq xüsusi hüquq
- Avropa İnsan Hüquqları Məhkəməsinə Müraciət Mexanizmi
Hüquq sahəsində peşəkar karyera qurmaq istəyənləri kurslarımızda iştiraka dəvət edirk! Hüquq sisteminin müxtəlif sahələrində çalışmaq arzusunda olan namizədlər üçün biz geniş hazırlıq proqramları təqdim edirik. STİMUL Təhsil Mərkəzi aşağıdakı hüquq sahələri üzrə imtahanlara peşəkar hazırlıq həyata keçirir:
1. Hakimliyə namizədlər üçün imtahan 3 mərhələdən ibarətdir: test mərhələsi, yazılı imtahan və müsahibə. Kursumuzda hər 3 mərhələ üzrə hazırlıq həyata keçirilir.
Test mərhələsində qanunvericilik üzrə 60 və daha yuxari bal toplamış şəxslər yazılı imtahan mərhələsinə keçmək imkani qazanır.
Yazılı imtahan mərhələsində isə mülki və cinayət sahəsi üzrə maddi və prossesual biliklərin tətbiqi yoxlanılır.
Müsahibə mərhələsi isə şifahi qaydada Hakimlərin Seçki Komissiyası qarşısında həyata keçirilir.
2. Vəkilliyə qəbul imtahanlari test və şifahi müsahibə mərhələsindən ibarətdir. Qanunvericilik üzre 60 bal və daha yuxarı bal toplayanlar test mərhələsini keçmiş hesab olunur. Kursumuzda hər iki mərhələ üzrə hazirlıq həyata keçirilir.
3. Ədliyyə qulluğuna qəbul test və şifahi müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində 60 və daha yüksək bal toplayan namizədlər şifahi müsahibəyə buraxılır. Kursumuzda hər iki mərhələ üzrə hazırlıq keçirilir.
4. Prokurorluq imtahanları test, yazılı imtahan və şifahi müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində 70 bal və daha yuxari bal toplamış şəxslər növbəti mərhələyə buraxılır. Kursumuzda bütün mərhələlər üzrə hazirlıq keçirilir.
5. Notarius olmaq istəyən şəxslər üçün imtahanlar test və şifahi müsahibə mərhələsində keçirilir. Kursumuzda hər iki mərhələ üzrə hazırlıq keçirilir.