Seçilmiş kurslar

Kompüter kursları

STİMUL Education & Consulting peşəkarlığını artırmaq istəyən mühasibləri, auditorları, menecerləri, satış şöbəsinin əməkdaşlarını, həmçinin Microsoft Office proqramlarının istifadəsi vacib olan peşələrdə çalışan və ya çalışmaq istəyən hər kəsi kurslarımızda iştiraka dəvət edir.

Tədris istəyə uyğun, seçim əsasında fərdi və qrupda olmaqla təşkil olunur. Dərs günləri və dərs saatlarını tələbə özü seçə bilir.

Tədris etdiyimiz Microsoft Office proqramlarına aşağıdakı proqramlar daxildir:

  • Microsoft Windows – əməliyyat sistemi
  • Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir. Hazırda dünyada ən populyar proqram hesab olunur.
  • Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən  hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır
  • Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
  • Microsoft Office PowerPoint — bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir.
  • Müəllimlərimiz bu sahənin peşəkar mütəxəssisləridir. Dərslərimizin yüksək səviyyədə tədris olunduğuna əmin olmağınız üçün faktiki dərslərimizin hər hansı birində ödənişsiz şəkildə iştirak edib daha sonra qərar verə bilərsiniz.