Orxan İsayev rəqəmsal iqtisadiyyat, e-ticarət və qlobal ticarət strategiyaları sahəsində ixtisaslaşmış, dövlət və özəl sektor kəsişməsində yüksək təsir yaradan strateji liderdir. Onun fəaliyyəti ölkələrin e-ixrac potensialının artırılması, rəqəmsal transformasiya siyasətlərinin formalaşdırılması və beynəlxalq ticarət körpülərinin qurulması üzərində fokuslanır.
Hal-hazırda o, qlobal e-ticarət platforması WORLDEF-in Vitse-Prezidenti kimi təşkilatın beynəlxalq genişlənmə strategiyasına rəhbərlik edir, müxtəlif ölkələrdə dövlət qurumları, investisiya fondları və korporativ strukturlarla yüksək səviyyəli əməkdaşlıqlar qurur.
Orxan İsayev, Türkiyə Ticarət Nazirliyi üçün hazırlanmış eticaret.gov.tr platformasının A-dan Z-yə qurulmasında aparıcı rol oynamışdır. Türkiyə Respublikası Prezidenti Cənab Recep Tayyip Erdoğanın da imzası ilə həyata keçən 80 Milyard TL-lik təşvik proqramının da müəlliflərindəndir. Bu təşəbbüs Türkiyənin e-ixrac strategiyasının əsas sütunlarından biri kimi formalaşmış və minlərlə şirkətin qlobal bazarlara çıxışını sistemləşdirmişdir.
O, regionda e-ticarət və rəqəmsal transformasiya sahəsində fikir liderlərindən biri olaraq aşağıdakı strateji nəşrlərin müəllifidir:
"A-dan Z-yə E-İxrac”, “Dijitale Kalpten Bağlı Marka”, “Ticarətdə Rəqəmsal Transformasiya”.
Bu əsərlər sahibkarlar və dövlət strukturları üçün praktiki və strateji yol xəritəsi kimi istifadə olunur.
Son 10 il ərzində 80.000-dən çox sahibkar və korporativ nümayəndənin iştirak etdiyi proqramlara rəhbərlik etmiş, insan kapitalının inkişafı və rəqəmsal bacarıqların artırılması istiqamətində geniş təsir yaratmışdır.
Karyerası boyunca Bosch və Siemens kimi qlobal şirkətlərdə 10 ildən artıq rəhbər vəzifələrdə çalışaraq strateji idarəetmə, satış və biznes inkişafı sahəsində dərin təcrübə formalaşdırmışdır. Sahibkar kimi isə e-ticarət sahəsində uğurlu layihələrə imza atmışdır.
Onun beynəlxalq fəaliyyəti Körfəz regionu, Orta Asiya və Yaxın Şərq bazarlarını əhatə edir. Bu regionlarda o, şirkətlərə bazar genişlənməsi, e-ixrac strategiyası və rəqəmsal transformasiya istiqamətində yüksək səviyyəli məsləhətçilik xidmətləri təqdim edir.
Strateji Vizyon:
Azərbaycanı regionun aparıcı rəqəmsal ticarət və e-ixrac mərkəzlərindən birinə çevirmək, dövlət səviyyəsində rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək və ölkənin qlobal ticarət şəbəkələrinə inteqrasiyasını sürətləndirmək.
Orxan İsayev azərbaycan, türk, ingilis və rus dillərində sərbəst fəaliyyət göstərir və çoxşaxəli beynəlxalq mühitlərdə effektiv nəticə əldə etmək bacarığı ilə seçilir.