Təlimçilər

Samir Hacıyev

Samir Hacıyev - Anbar logistikası üzrə mütəxəssis.

Samir Hacıyev logistika və anbar idarəçiliyi sahəsində uzunillik praktiki təcrübəyə malik mütəxəssisdir. O, ASKONA, AZZA Cake House və MƏTANƏT A kimi şirkətlərdə logistika şöbə rəhbəri vəzifələrini icra edərək, anbar proseslərinin təşkili və idarə olunması, anbar əməliyyatlarına nəzarət və təchizat zəncirinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyət göstərib.
Peşəkar fəaliyyətində FIFO prinsipinin tətbiqi, anbar şəraitinin və saxlama standartlarının qorunması, son istifadə tarixlərinə nəzarət, 1C proqramı vasitəsilə mal hərəkətinin izlənilməsi, əməkdaşların fəaliyyətinin təşkili və logistika proseslərinin optimallaşdırılması xüsusi yer tutur.

Samir Hacıyev anbar əməliyyatlarının effektiv təşkili, anbar uçotunun düzgün aparılması, inventarizasiyanın həyata keçirilməsi və logistika xərclərinin optimallaşdırılması sahəsində praktiki bilik və təcrübəyə malikdir.