Təhsili:
2008-2012-ci illərdə Türkiyə Respublikası Mersin Universitetində Psixologiya üzrə bakalavr təhsili almış, sonradan isə eyni universitetdə Ümumi Psixologiya (Ailə Psixoterapiyası) üzrə magistr təhsilini tamamlamışdır.
Təcrübə:
2009-2013-ci illərdə Türkiyənin müxtəlif klinika və mərkəzlərində, o cümlədən Ankara, İldırım Bəyazid Tədris və Tədqiqat xəstəxanasında təcrübə keçmişdir.
- Hal-hazırda "Suisidal risk daşıyan yeniyetmələrin sosial, irsi və psixoloji aspektlərinin incələnməsi" və "Evlilikdə xəyanətə meyllilik və evlilik məmnuniyyətinin tükənmişlik (yanma) sindromuna təsirinin araşdırılması" mövzusunda iki elmi tədqiqat işinin müəllifidir.
Təlimlər:
Koqnitiv Davranış Terapiyaları (Koqnitiv Davranış Terapiyası və Koqnitiv Emotiv Davranış Terapiyası), Qrup Terapiyası, Pozitiv Psixoterapiya və Ailə Sistemik və Ailə Koqnitiv Davranış Terapiyaları üzrə təlimlər və superviziyalar almışdır. İki beynəlxalq qurumun, Albert Ellis İnstitutu (AEI) və Amerikan Psixoloqlar Assosiasiyasının (APA) psixoterapiya sertifikatına sahibdir. Psixologiya sahəsində dəfələrlə özü təlimlər vermiş və hazırda da bu sahədə müxtəlif təlimlər verməkdədir.
İş təcrübəsi:
Xudaverdi müəllim Xəzər Universitetində Humanitar Elmlər fakültəsində psixologiya fənn müəllimi olaraq akademik fəaliyyətini davam etdirir.
2012-ci ildən etibarən A.R.S.N Psixi Sağlamlıq Mərkəzində çalışır, eyni ildən Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "Böhran Vəziyyətlərində Psixoloji Yardım" (BVPY) komandasında psixoloq vəzifəsini icra edir.
Dünyada 6-16 yaşlı uşaqların intellektini ölçmək üçün istifadə edilən ən etibarlı intellekt testi olan Veksler İntellekt testini ilk dəfə Azərbaycana gətirərək tətbiqinə başlamışdır.