Təlimçilər

Nahid Şükürov

2009-cu ildən başlayaraq iri, orta və kiçik olçülü 20-dən çox müxtəlif tərkibli və özündə çoxlu sayda maraqlı tərəfləri cəmləyən təşkilati  təşəbbüslərin idarə edilməsində pəşəkardır. 12 ildən artıq iş təcrübəsi dövründə konsolidasiya və İnformasiya texnologiyalarına aid proqramların uğurla idarə edilməsini həyata keçirmişdir.

Əmək fəaliyyəti dövründə infromasiya texnologiyaları, maliyyə, anbar və logistika, dövlət əhəmiyyətli tədbirlər və biznesə dəstək ilə əlaqəli bölmələrə aid proqram və layihələri idarə etmişdir.

Nahid Şükürov, Project Management Institute tərəfindən təsis edilmiş  və beynalxalq müstəvidə tanınan PgMP, PMPPMI-ACP sertifikatlarının və eyni zamanda İnformasiya Texnologiyaları xidmətlərinin idarə edilməsi sahəsində beynaxalq dərəcəli  ITIL sertifikatının sahibidir.

İdarəetmə fəaliyyəti dövründə ZTE,  Azerfon,  Azerconnect,  Bakcell kimi iri şirkətlərdə çalışmışdır və müvafiq olaraq təşkilati dəyərlərin artırılması üçün təşəbbüslərin idarə edilməsində aparıcı rol oynamışdır.

Hazırda Eurodesign QSC əmək fəaliyyətini davam etdirir.