Təhsili:
Rüfət Məmmədov 2005-2010-cu illər arasında Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin Turizmin Menecmenti ixtisasının magistr pilləsini tamamlamışdır.
Hal-hazırda 2018-ci ildən indiyə qədər Bakı Mühəndislik Universiteti, Müəssisələrin təşkili və idarə olunması ixtisası üzrə Doktorantura pilləsində təhsil alır.
İş təcrübəsi:
Rüfət Məmmədov 2017-ci ildən etibarə Bakı Mühəndislik Universiteti, Biznesin idarəedilməsi kafedrasında Baş müəllim vəzifəsində çalışır. Eyni zamanda 2008-2017-ci illər arasında Qafqaz Universitetinin baş müəllimi vəzifəsində çalışmışdır. Bununla bərabər UNEC SABAH qrupları, MBA Biznes Məktəbi, ADA Universitetində də elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
Digər tərəfdən Rüfət Məmmədov Polşa, Çexiya, İngiltərə, Portuqaliya və Türkiyə Universitetlərində tədris aparıb.
Təlim-tədris və akademik həyatla yanaşı biznes fəaliyyəti ilə də məşğuldur.