Təhsili: 2010-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə fakultəsi üzrə bakalavr, 2015-2017-ci illərdə isə həmin universitetdə Vergi və vergiqoyma ixtisası üzrə magistr təhsili almışdır.
İş təcrübəsi: Ümumi olaraq 11 ildən artıqdır ki, əmək fəaliyyəti ilə məşğuldur. Bunun 6 ili maliyyə və mühasibatlıq sahəsində, son 5 ili isə insan resurslarının idarə edilməsi sahəsindədir. Hal-hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir.