Təlimçilər

Günel Əhmədova

Günel V. Əhmədova media və kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr, media əlaqələr, xarici əlaqələr, strateji kommunikasiya, araşdırma, brend və marketinq kommunikasiyaları üzrə 20 ildən çox yerli şirkətlərdə və Böyük Britaniyada əldə olunmuş geniş iş təcrübəsinə malikdir.

Media karyerasına 2000-ci ildə Azərbaycanda rus dilində dərc olunan “Ayna - Zerkalo” qəzetində müxbir kimi başlayıb. Daha sonra “Antenn” 101 FM – Müstəqil Radio və Televiziya şirkətində xəbərlərin aparıcısı və parlament müxbiri vəzifələrində çalışıb. Sosial mövzulara (“Ana və uşaq ölümü” - Oxfam, “Neft problemləri”, Öz namizədini seç!”, “Radiogündəliklər” (Böyük Britaniyanın “Concialiation Recources” QHT) və s. radio layihələrin müəllifi və aparıcısı olub. “Trend” İnformasiya agentliyinin Londondakı (Böyük Britaniya) xüsusi müxbiri kimi fəaliyyət göstərib və 100-dən çox beynəlxalq mövzularda onlarla eksklyuziv xəbər və müsahibələr hazırlayıb, Biritaniyanın aparıcı ekspertləri ilə müsahibələr edib. Britaniya parlamentinin İcmalar Palatasında keçirilmiş görüşlərdə jurnalist qismində iştirak edib.

2009-2010-cu ildə Bakcell şirkətində ilk dəfə korporativ əlaqələrin yaradılması və inkişaf etidirlməsində fəal iştirak edib. Böyük Britaniyanın paytaxtı Londonda neft-qaz, İKT, enerji və mədən sənayesi sahələrində ixtisaslaşmış beynəlxalq konsaltinq şirkətdə kommunikasiya üzrə menecer vəzifəsində çalışıb. Deloitte Azərbaycan şirkətində PR, Kommunikasiya və marketinq məsələlərinə cavabdeh olub. Şirkətin dərc etdiyi “Azərbaycanda Korporativ idarəetmə” adlı hesabatının həmmüəlliflərindən biridir. O, 2016-2023-cü illərdə müxtəlif yerli və beynəlxalq layihələrdə, o cümlədən Azərbaycanın ÜTT-yə qoşulmasına dair layihədə kommunikasiya eksperti, Beynəlxalq Astronavtika Konqresində əcnəbi media üzrə kommunikasiya koordinatoru, British Council-ın COP 29 üçün kommunikasiya eksperti, Azərbaycanın enerji məsələləri üzrə tənzimləmə qurumu olan AERA-da ictmaiyyətlə əlaqələr sektorunun müdiri, Azərbaycanın telekommunikasiya üzrə tənzimləyici orqanı İKTA-da PR Menecer və mətbuat katibi vəzifələrində çalışıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. Böyük Britaniyanın Vestminster Universitetində (University of Westminster) Beynəlxalq Əlaqələr və Qlobal Dəyişiklik ixtisası üzrə magistr dərəcəsi alıb.

Xeyli sayda məqalələrin, dörd qısametrajlı filmin müəllifidir. O, 2006-cı ildən media və kommunikasiya üzrə təlimçi, eləcə də Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetlərinin Jurnalistika fakültələrində ingilis dilində mühazirələr deyib. Media və kommunikasiya üzrə onlarla beynəlxalq təlim və kurslarda, eləcə də seminar və vebinarlarda iştirak edib.

2 kitabın həmmüəllifidir