Hüquq sahəsində geniş təcrübəyə malik, məsuliyyətli və etibarlı bir mütəxəssisdir.
Təhsil:
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr pillələrində (dövlət hüququ ixtisası üzrə) ali təhsil almış və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
İş təcrübəsi:
Hazırda Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasında müəllim kimi çalışır.
2014-cü ildən etibarən Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam və hazırda kiçik ədliyyə müşaviri vəzifəsini daşıyır.
Ədliyyə Akademiyasında yeni ədliyyə qulluğuna qəbul olunanlar, notariuslar və vəkillər üçün keçirilən təlimlərə təlimçi qismində mütəmadi şəkildə cəlb olunur.
Azərbaycan dili (ana dili) ilə yanaşı Rus dili, İngilis dili və Türk dilini mükəmməl şəkildə bilir.