Təlimçilər

Türkan Səmədli

Türkan Səmədli təhsil idarəetməsi sahəsində fəaliyyət göstərən və təhsil sisteminin inkişafına töhfə verən bir mütəxəssisdir.

O, Bakı Mühəndislik Universitetində Təhsilin İdarə Edilməsi ixtisası üzrə magistr təhsili alıb və Xəzər Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili var.

Həmçinin, Xəzər Universitetində təhsil sahəsi ilə bağlı müxtəlif fənlərin tədrisi ilə məşğuldur.

2019-cu ildən Sumqayıt Dünya Məktəbində təşkilati işlər və valideynlərlə əlaqə üzrə koordinator kimi çalışır. Daha əvvəl isə Bakı Dünya Məktəbində təşkilati işlər üzrə direktor müavininin assistenti vəzifəsində fəaliyyət göstərib.

Onun əsas maraq sahələrinə təhsil idarəetməsi, məktəb mühitinin effektiv təşkili, müəllim–valideyn əməkdaşlığı və təhsil proseslərinin inkişafı daxildir.