Təlimçilər

Hikmət Sultanov

Təhsili:

Sultanov Hikmət Yəhya oğlu – 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər sahəsini fərqlənmə diplomu ilə bitirmiş və 2007-ci ildə eyni universitetdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnmişdir.

İş təcrübəsi:

2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar Əməliyyatları Departamentinin Valyuta Ehtiyatlarının idarə edilməsi şöbəsində istiqrazlar üzrə tredyder kimi fəaliyyətə başlamış, daha sonra 2012-2013-cü illərdə Kredo Bank Sahil  filialının müdiri, 2013-2015-ci illərdə “Yeni Həyat Şirkətlər Qrupu”nda Xərclərə Nəzarət şöbəsində baş mütəxəssis, 2015-20119-cu illərdə Məmmədovlar MMC-də maliyyə müdiri, 2019-2021-ci illərdə Milli Hematologiya və Transfuziologiya Mərkəzində iqtisadi məsələlər üzrə direktorun müavini kimi fəaliyyət göstərmişdir. Hazırda “ABB” Bankda Risklərin İdarə edilməsi departamentində çalışır.

“CFA” imtahanın hər 3 mərhələsini ilk cəhddə müvəffəqiyyətlə keçmiş və 2012-ci ildən “CFA İnstitut”-unun və “Nyu-York Qiymətli Kağızlar Analitikləri Cəmiyyəti”nin üzvüdür. Maliyyə və investisiya üzrə 10 ildən artıq təcrübəyə malikdir. 2015-ci ildən CFA təlimləri və bir sıra yerli univeristetlərdə Maliyyə uçotu və Korporativ maliyyə üzrə təlimlər keçir.