Təlimçilər

Mələk Kərimova

Təhsili:

1992-ci ildə Sumqayıt Şəhər 10 nömrəli orta məktəbi medalla bitirmişdir. Eyni ildə ilk dəfə Azərbaycanda test üsulu ilə keçirilən Türkiyə imtahanlarına girərək, dövlət xətti ilə  Hacəttəpə universitetinə daxil olmuşdur. 1997-ci ildə Psixoloji Xidmət və Rəhbərlik bölümündən məzun olmuş və elə həmin ildə ən yüksək balla Hacəttəpə universiteti magistratura proqramına daxil olmuş və dövlət xətti ilə təhsilinə davam etmişdir. Tələbəlik illərindən etibarən respublikanın bir sıra qəzet və jurnallarında müxtəlif məqalələrlə çıxış etmişdir. Magistr təhsili müddətində imtahanla Ankara Özel Arı Fən litseyinə psixoloq kimi qəbul edilmiş və 3 il orada praktik fəaliyyətinə davam etmişdir. Vətənə döndükdən sonra 2004-2008-cü illərdə ikinci təhsil olaraq Azərbaycan Dillər universitetində ingilis dili müəllimliyi ixtisasına da yiyələnmişdir.

İş təcrübəsi:

Sumqayıt şəhər qızlar seminariyasında tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Müəllimlər institutunun Sumqayıt  filialında psixologiya müəllimi, “Ümid” qeyri-hökümət təşkilatında qaçqın və məcburi köçkün gənçlərlə iş sahəsində təlimçi kimi fəaliyyət göstərmişdir. Müəyyən müddət Rusiyada fəaliyyətinə davam etdikdən sonra Bakıya qayıdaraq Psixologiya Konsultasiya mərkəzində psixoloq olaraq fəaliyyətinə davam etmiş və 2012-ci ildən etibarən Xəzər universitetində fəaliyyətə başlamışdır. 2013-cü ildən 2018-ci ilədək Humanitar və Sosial Elmlər Fakültəsinin dekan müavini və psixologiya Departamentinin koordinatoru kimi fəaliyyət göstərmişdir. 2016-ci ildə universitet rəhbərliyinin dəstəyi ilə Xəzər Psixoloji Xidmət Mərkəzini quraraq direktor təyin edilmiş və bu ildən etibarən tələbələrə sosial-psixoloji xidmət verir və müxtəlif təlim, seminar və konfranslar təşkil edir.

Hazırda Psixologiya Departamentinin koordinatoru olmaqla yanaşı akademik fəaliyyətinə də davam edir. 2013-cü ildə Xəzər univeristetinin doktorantıdır. 2018-ci ildə “İnternational Management Qrupunun səhiyyə işçiləri arasında keçirilən tədbirdə “İlin mütəxəssisi” elan edilmişdir.

Yerli və xarici jurnallarda dərc edilmiş məqalələrin müəllifidir. Ph.D Ləman Verdiyeva ilə birlikdə  “Sosial Psixologiya” dərs vəsaiti çap etdirmişdir.

Xəzər universitetinin “Əlilliyi olan tələbələrin ali təhsil müəssisələrinə inteqrasıyası adlı” Beynəlxalq Tempus layihəsinin aktiv təlimçisi olmuş və hazırda da əlilliyi olan tələbələr üçün mərkəzin də rəhbəridir. Xəzər Universitetinin tərəfdaşı olduğu beynəlxalq layihədə İspanıyanın Murcia şəhərində imtahan verərək “Beynəlxalq Mediator” ünvanını qazanmışdır.

2020-ci ildə isə Türkiyə Cumhuriyyətinin Gənçlik və İdman Nazirliyinin və  Türkiyə Ruh Sağlığı Dərnəyinin təşəbbüsü ilə  Gənçlik layihələrinə dəstək proqramı çərçivəsində intiharların qarşısını almaq və bununla əlaqədar maarifləndirmə çalışmalarının aparılmasını qarşısına məqsəd qoyan İ.M.D.A.T (İntiharla Mücadelede Danışmanlık ağına tutun) layihəsinin Azərbaycan üzrə təmsilçisi seçilmişdir.

 Psixologiya ixtisası tələbələri üçün nəzərdə tutulan metodiki dərs vəsaiti olan “Terapevtik ünsiyyətin əsasları” kitabının müəllifidir.

Məqalələri:

  1. Azerbaycanda internet bağımlılığının incelenmesi:İlk empirik çalışma / 13 cü milli Psixoloji Xidmət və Rəhbərlik,7-9 ekim 2015-cı yıl //Mersin, 2015, s.388-390
  2. İnternet Asılılığı / Gənç tədqiqatçıların 3 cü Beynəlxalq elmi konfransı // Elmi Praktik Konfransın Materialları17-18 Aprel 2015-ci il.Bakı,2015,s.
  3. Adaptation of Internet Addiction Scale in Azerbaijani Language: A Validity-reliability and Prevalence Study // «Journal of Education and Training Studies», №1 (4),USA, 2016, p.39-48
  4. Sanatçıların Kişilik Özellikleri // «Journal of Awareness», 2.ci Cilt,Türkiyə,2017, s.545-548
  5. Incəsənətin Sosial Psixoloji Aspektlərinin Incələnməsi/ Beynəlxalq Elm Konfransı, 25 fevral 2018-ci il, Bakı,2018,s.159-160
  6. Tolstoy: İncəsənət haqqında // «Filologiya məsələləri», №12, Bakı,2017, s.359-365
  7. Sənətkar şəxsiyyəti // «Naxçıvan Dövlət Universiteti -Elmi Əsərlər»,№5 (86), Naxçıvan, 2017, s.162-165
  8. İncəsənət Terapiyası // «Sumqayıt Dövlət Universiteti -Elmi Xəbərlər»,№2 (13),Sumqayıt, 2017, s.75-78
  9. Психическое воздействие искусства на человека и его значение в процессе образования //  «Мова I Культура», № 2, Том II (187), Киев, 2017, с. 24-30
  10. İncəsənət Psixolojı Təsir Vasitəsi Kimi // «Lənkəran  Dövlət Universiteti-Elmi Xəbərlər», Humanitar Elmlər Seriyası,Lənkəran, 2017, s.93-97
  11. Tolstoy: İncəsənət haqqında // « Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu-Filologiya məsələləri», №12,Bakı, 2017, s.359-365
  12. İncəsənət: Cəmiyyətin və Şəxsiyyətin İnkişafının Hərəkətverici Qüvvəsi Kimi // «Mədəniyyət dünyası», XXXV buraxılış, Bakı,2017, s.197-203
  13. Bədii əsərlərdən psixoloji təsir vasitəsi kimi istifadə edilməsi: Biblioterapiya//« Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu-Filologiya məsələləri» №12, Bakı, 2017, s.397-404
  14. Yeni Rəqəmsal Vizual Mədəniyyət və İncəsənət//«Sumqayıt Dövlət Universiteti-Elmi Xəbərlər», № 3(13),Sumqayıt,2017, s.91-95
  15. Rəqəmsal simvollarla  ünsiyyətin psixoloji təhlili//«Sumqayıt Dövlət Universiteti Elmi Xəbərlər», Sosial və Humanitar Elmlər Bölməsi, Sumqayıt, 2018, s. 78-81
  16. Fridix Nitsşenin incəsənət anlayışı// «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-Mədəniyyət Dünyası», XXXV buraxılış,Bakı,2018, s.241-246
  17. İncəsənətdə psixoloji təhlil nümunəsi: «Yaşamağa nə var ki..!» şeirinin William Glasserin Gerçəklik Terapiyasına görə təhlili//Azərbaycan Milli Elmlər Akademiyası Filologiya məsələləri,№11,Bakı, 2018, s.276-288